Əfqan Sadıqov həbs edildi
Binəqədi Rayon Məhkəməsi Əfqan Sadıqov barəsində iyulun 30-dək həbs qətimkan tədbiri seçib. Trend xəbər verir ki, bu barədə onun vəkili Nemət Kərimli məlumat yayıb. Vəkil bildirib ki, iki il əvvəl Əfqan Sadıqov barəsində Baş Prokurorluqda qaldırılmış cinayət işi yenidən icraata qaytarılıb. Xatırladaq ki, Baş Prokurorluq 2024-cü ilin mayında Cinayət Məcəlləsinin 182-ci (hədə-qorxu ilə tələb etmə) maddəsi ilə Əfqan Sadıqova qarşı cinayət işi açıb. İttihama görə, Əfqan Sadıqovun Neftçala rayonu Kürkənd kənd icra nümayəndəsinin müavini Səttar Əliyev və rayonunun Xəzərkənd kəndinin bələdiyyə başçısı Fətulla Muradovdan şantaj yolu ilə pul tələb edib. Sonradan bu cinayət işinə digər zərərçəkən, hazırda Sumqayıt Tibb Mərkəzinin direktoru işləyən Elnur Azadxanovun şikayəti də əlavə olunub. 2024-cü il avqustun 4-də Əfqan Sadıqov Azərbaycanın Baş Prokurorluğunun vəsatəti əsasında Gürcüstanda həbs edilib. Tbilisi Şəhər Məhkəməsi Əfqan Sadıqovun həbsi və Azərbaycana ekstradisiyası ilə bağlı qərar qəbul edib. Əfqan Sadıqov 2025-ci ilin aprelində azadlığa buraxılıb. 2026-ci il aprelin 1-də Azərbaycan Baş Prokurorluğu Əfqan Sadıqov barəsində qaldırılan cinayət işinə xitam verib. Aprelin 3-də Tbilisi Şəhər Məhkəməsi Azərbaycan Baş Prokurorluğunun xitam qərarını əsas gətirərək Əfqan Sadıqovun Gürcüstanı tərk etməsinə qoyulan qadağanı ləğv edib. 2026-cı ilin aprelin 4-də Azərbaycana deportasiya edilib.
Azerbaijani journalist Afgan Sadigov has been taken into custody by authorities. The arrest follows a series of legal challenges and controversies surrounding his journalistic activities. Details regarding the specific charges leveled against him remain limited at this time. His detention has drawn attention from media watchdogs concerned about the state of press freedom in the region. Legal proceedings are expected to follow as the case develops. Family members and colleagues are currently awaiting further information on his status.
The detention of a prominent journalist highlights ongoing concerns regarding the safety of media professionals and the broader climate for freedom of speech in Azerbaijan.
📌 Kaynak
Bu özet Trend News (AZ) kaynağından otomatik derlenmiştir. Tamamı için orijinal habere gidin.
Orijinal haberi oku →