Goranboyda ağır qəza: ölənlər var

📌 Diğer 📰 Trend News (AZ) 🕐 2 saat önce
Goranboyda ağır qəza: ölənlər var

Goranboy rayonunda ölümlə və xəsarətlərlə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib. Trend-in məlumatına görə, hadisə iyunun 8-də saat 13:00 radələrində baş verib. Belə ki, 1953-cü il təvəllüdlü Goranboy rayon sakini Səməndər Yunis oğlu Cəfərov idarə etdiyi “VAZ 2107” markalı avtomobillə Səmədəbad–Əhmədabad avtomobil yolunun Goranboy rayonunun Səmədabad kəndi ərazisindən keçən hissəsində hərəkətdə olarkən yolun əks istiqamətinə çıxıb. Nəticədə avtomobil qarşıdan gələn, 1940-cı il təvəllüdlü Goranboy rayon sakini Şahbaz İsmayıl oğlu Qarayevin idarə etdiyi “VAZ 2106” markalı avtomobillə toqquşub. Qəza zamanı “VAZ 2106”nın sürücüsü Şahbaz Qarayev və “VAZ 2107”də sərnişin olan, 1969-cu il təvəllüdlü Goranboy rayon sakini Rza Yəhya oğlu Qasımov aldıqları xəsarətlərdən hadisə yerində ölüblər. Hadisə nəticəsində “VAZ 2107”nin sürücüsü Səməndər Cəfərov sağ bazu sümüyünün sınığı xəsarəti alıb. Bundan başqa, “VAZ 2106”da sərnişin olan 1942-ci il təvəllüdlü Gülarə Məhəmməd qızı Hüseynova sol bud sümüyünün sınığı, “VAZ 2107”də olan sərnişinlər – 1994-cü il təvəllüdlü Gülsanə Fehruz qızı Tağıyeva hər iki baldır sümüyünün, 1967-ci il təvəllüdlü Mətanət Yəhya qızı Əliyeva isə sol baldır sümüyünün sınığı xəsarətləri alıblar.

İyunun 8-də Goranboy rayonunun Səmədabad kəndi ərazisində iki minik avtomobilinin toqquşması ilə nəticələnən ağır yol-nəqliyyat hadisəsi qeydə alınıb. İlkin məlumata görə, Səməndər Cəfərovun idarə etdiyi VAZ-2107 markalı nəqliyyat vasitəsi qarşıdan gələn Şahbaz Qarayevin idarə etdiyi VAZ-2106 markalı avtomobillə toqquşub. Qəza nəticəsində hər iki sürücüdən biri və bir sərnişin hadisə yerində həyatını itirib. Hadisə zamanı həmçinin dörd nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alaraq xəstəxanaya yerləşdirilib. Hazırda faktla bağlı araşdırmalar davam etdirilir.

Hadisə iki nəfərin ölümü və çoxsaylı sərnişinin ağır xəsarət alması ilə nəticələndiyi üçün ictimai əhəmiyyət daşıyır.

📌 Kaynak

Bu özet Trend News (AZ) kaynağından otomatik derlenmiştir. Tamamı için orijinal habere gidin.

Orijinal haberi oku →
📱
News AI World — Mobil uygulama
Bu haberleri 45 dilde, anlık çeviriyle cebinde. Erken erişim için Gmail adresini bırak.
← Tüm haberlere dön