Əbülfəzl Zöhrəvəndin davamlı olaraq təhdid xarakterli iddia və mülahizələrlə çıxış etməsi qəbul edilə bilməz - Elçin Mirzəbəyli

📌 Diğer 📰 Trend News (AZ) 🕐 2 saat önce
Əbülfəzl Zöhrəvəndin davamlı olaraq təhdid xarakterli iddia və mülahizələrlə çıxış etməsi qəbul edilə bilməz - Elçin Mirzəbəyli

İran parlamentinin Milli Təhlükəsizlik və Xarici Siyasət Komitəsinin üzvü Əbülfəzl Zöhrəvəndin son açıqlamaları təkcə Azərbaycan-İran münasibətləri kontekstində deyil, bütövlükdə regionda formalaşan yeni geosiyasi reallıqlar fonunda da diqqətlə qiymətləndirilməlidir. Bunu Trend-ə açıqlamasında Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin üzvü, deputat Elçin Mirzəbəyli deyib. "Azərbaycan uzun illər ərzində bütün qonşuları ilə qarşılıqlı hörmət və beynəlxalq hüquq prinsipləri əsasında münasibətlər qurmağa çalışıb. Xüsusilə Cənubi Qafqazda yeni təhlükəsizlik arxitekturasının formalaşdığı bir dövrdə dövlətlərin suverenliyinə hörmət, daxili işlərə qarışmamaq və qarşılıqlı faydalı əməkdaşlıq prinsipləri regional siyasətin əsas prioritetlərinə çevrilməlidir. Bu baxımdan hər hansı siyasi fiqurun populist və aqressiv ritorikaya üstünlük verməsi həm öz ölkəsinin maraqlarına, həm də regionun təhlükəsizlik mühitinə mənfi təsir göstərir. Diqqət çəkən məqamlardan biri də ondan ibarətdir ki, İran daxilində müxtəlif siyasi qruplar arasında fikir ayrılıqlarının dərinləşdiyi, xarici siyasət və milli təhlükəsizlik məsələlərinin ciddi müzakirə predmetinə çevrildiyi bir vaxtda bəzi siyasətçilər daxili auditoriyaya hesablanmış sərt bəyanatlarla gündəmdə qalmağa çalışırlar. Belə hallarda xarici ölkələrə qarşı yönələn ittiham və təhdidlər əslində daxili siyasi problemlərin kölgəsində formalaşan populist davranış nümunəsi kimi qiymətləndirilə bilər", - deyə deputat bildirib. Millət vəkili qeyd edib ki, Azərbaycan cəmiyyəti isə öz dövlətinin suverenliyi, təhlükəsizliyi və milli maraqları ilə bağlı məsələlərdə son dərəcə həssasdır. "Məhz buna görə də ölkəmizə qarşı yönələn hər hansı təhdid və ya təhqiramiz bəyanat ictimai rəydə haqlı narazılıq doğurur. Bu baxımdan rəsmi Tehranın belə çıxışlara münasibət bildirməsi, Azərbaycan-İran münasibətlərinə xələl gətirə biləcək təxribatçı ritorikadan uzaq durulması üçün zəruri addımlar atması iki ölkə arasındakı münasibətlərin gələcəyi baxımından mühüm əhəmiyyət daşıyır. İran və Azərbaycan ortaq tarixə, dini-mədəni bağlara və geniş əməkdaşlıq potensialına malik iki qonşu dövlətdir. Məhz buna görə də münasibətlərin gələcəyi emosional və təhdid xarakterli bəyanatlarla deyil, qarşılıqlı hörmətə, siyasi məsuliyyətə və regional sabitlik maraqlarına söykənən yanaşmalarla müəyyən edilməlidir. Bu baxımdan, Əbülfəzl Zöhrəvəndin Azərbaycan dövlətinə və xalqına qarşı davamlı olaraq, təhdid xarakterli iddia və mülahizələrlə çıxış etməsi heç bir halda qəbul edilə bilməz və görünür “Bakının bir neçə saat ərzində

Elchin Mirzabeyli, a member of the Azerbaijani Parliament's Committee on International Relations and Inter-parliamentary Ties, stated that the recent remarks by Abolfazl Zohr-Vand, a member of Iran's parliamentary committee on national security, warrant careful consideration. Mirzabeyli emphasized that Azerbaijan prioritizes relations based on mutual respect and international law, especially in the current geopolitical climate of the South Caucasus. He suggested that aggressive rhetoric from any political figure can negatively impact regional security and their own country's interests. Mirzabeyli also noted that some Iranian politicians may be using harsh statements against foreign countries as a populist tactic to address domestic political divisions.

The remarks highlight the delicate balance of regional politics and the potential for inflammatory statements to disrupt diplomatic relations and stability.

📌 Kaynak

Bu özet Trend News (AZ) kaynağından otomatik derlenmiştir. Tamamı için orijinal habere gidin.

Orijinal haberi oku →
📱
News AI World — Mobil uygulama
Bu haberleri 45 dilde, anlık çeviriyle cebinde. Erken erişim için Gmail adresini bırak.
← Tüm haberlere dön