İsraillə münaqişədə Livan iqtisadiyyatına dəyən ziyanın həcmi açıqlandı

📌 Diğer 📰 Azerbaijan 🕐 3 saat önce
İsraillə münaqişədə Livan iqtisadiyyatına dəyən ziyanın həcmi açıqlandı

İsraillə münaqişə Livan iqtisadiyyatına milyardlarla dollar ziyan vurub və ölkəni iqtisadi inkişafda geridə qoyub.

Bunu mediaya açıqlamasında Livanın iqtisadiyyat naziri Əmir əl-Bəsat bildirib.

Nazir bildirib ki, müharibə, xüsusən də ölkənin cənubunda genişmiqyaslı dağıntılara səbəb olub. Zərərin 20 milyard dollar olduğu təxmin edilir.

Əl-Bəsətin sözlərinə görə, ölkə iqtisadiyyatı da əhəmiyyətli itkilərə məruz qalıb. Məsələn, Livan iqtisadiyyatı böhrandan əvvəlki səviyyə ilə müqayisədə təxminən yarıya qədər, 55-57 milyard dollardan təxminən 32 milyard dollara qədər kiçilib.

Əl-Basat əlavə edib ki, müharibə nəticəsində müəssisələr və fabriklər bağlanıb, kənd təsərrüfatı torpaqlarının təxminən 28%-i artıq məhsul vermir. Nazir qeyd edib ki, bundan əlavə, münaqişə turizm sektoruna ciddi zərbə vurub və itkilər ölkənin ÜDM-nin təxminən 7%-nə bərabər olan 2 milyard dollar təşkil edib.

📌 Kaynak

Bu özet Azerbaijan kaynağından otomatik derlenmiştir. Tamamı için orijinal habere gidin.

Orijinal haberi oku →
📱
News AI World — Mobil uygulama
Bu haberleri 45 dilde, anlık çeviriyle cebinde. Erken erişim için Gmail adresini bırak.
← Tüm haberlere dön