Azərbaycanda AZIPS vasitəsilə aparılan tranzaksiyaların həcmi artıb
Cari ilin aprel ayında Azərbaycanın Milli Real Vaxt Rejimində Hesablaşmalar Sistemi — AZIPS vasitəsilə aparılan tranzaksiyaların həcmi 75,974 milyard manatı, sayı isə 201,1 mini ötüb. Bu barədə Azərbaycan Mərkəzi Bankının dərc etdiyi statistik bülletendə bildirilib. Məlumata görə, 2025-ci ilin eyni ayının göstəriciləri ilə müqayisədə bu sistem vasitəsilə aparılan tranzaksiyaların həcmi 5,004 milyard manatdan çox və ya 7%, sayı isə 7,7 min ədəd və ya 4% artıb. Ötən ilin aprel ayında AZIPS vasitəsilə aparılan tranzaksiyaların həcmi 70,970 milyard manatı, sayı isə 193,4 mini ötüb. Aprelin sonuna olan məlumata əsasən, bankların və “Azərpoçt” MMC-nin sistemlərində dövriyyədə olan ödəniş kartlarının sayı əvvəlki ayla müqayisədə 108 min ədəd artaraq 22 milyon 518 min karta çatıb. Ötən ilin analoji dövrü ilə müqayisədə bu göstərici 9% artıb. “Debet kartlarının sayı 11% artdığı halda, kredit kartlarının sayı 11% azalıb. Ödəniş kartlarının sayındakı artım nağdsız ödənişlərin həcminə müsbət təsir göstərib. Belə ki, ilin əvvəlindən daxili nağdsız əməliyyatların həcmi ötən ilin eyni dövrü ilə müqayisədə 16% artıb. 2026-cı ilin aprel ayında kartlardan istifadə etməklə həyata keçirilən daxili nağdsız ödənişlərin həcmi 9,094 milyard manat təşkil edib. Bunun 7,969 milyard manatı elektron ticarətin payına düşüb”, - deyə bankdan bildirilib.
📌 Kaynak
Bu özet Azerbaijan kaynağından otomatik derlenmiştir. Tamamı için orijinal habere gidin.
Orijinal haberi oku →