AzMİU ilə Məhkəmə Ekspertizası Mərkəzi arasında strateji tərəfdaşlığın yeni mərhələsi başlayır (FOTO)

📌 Diğer 📰 Azerbaijan 🕐 2 saat önce
AzMİU ilə Məhkəmə Ekspertizası Mərkəzi arasında strateji tərəfdaşlığın yeni mərhələsi başlayır (FOTO)

Azərbaycan Memarlıq və İnşaat Universitetində (AzMİU) Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin nümayəndə heyəti ilə görüş keçirilib. Görüşdə Məhkəmə Ekspertizası Mərkəzinin rəisi Elşən Albəndov, Elmi-metodiki iş və təlim idarəsinin rəisi Aysel Kişiyeva, Tikinti-texniki ekspertiza şöbəsinin rəisi Taleh Səlimov, Texniki təhlükəsizlik ekspertiza şöbəsinin rəisi Adil Ağalarov, Elmi-metodiki iş və təlim idarəsinin əməkdaşı Bəxtiyar İmranov iştirak ediblər. Görüşdə AzMİU-nun nümayəndə heyəti də iştirak edib. Qonaqları salamlayan AzMİU-nun rektoru, memarlıq doktoru, professor Gülçöhrə Məmmədova universitetin təhsil, elm və beynəlxalq əməkdaşlıq istiqamətlərində əldə etdiyi nailiyyətlər barədə məlumat verib. Rektor qeyd edib ki, müasir dövrdə mühəndislik, informasiya texnologiyaları, tikinti, şəhərsalma və təhlükəsizlik sahələrinin məhkəmə ekspertizası ilə inteqrasiyası xüsusi əhəmiyyət daşıyır. Professor Gülçöhrə Məmmədova bildirib ki, məhkəmə ekspertizası fəaliyyətində yüksək ixtisaslı mühəndis və texniki mütəxəssislərə olan tələbat ildən-ilə artır. Bu baxımdan AzMİU ilə Məhkəmə Ekspertizası Mərkəzi arasında qurulan əməkdaşlıq tələbələrin praktiki biliklərinin artırılmasına, elmi-tədqiqat fəaliyyətinin genişləndirilməsinə və ölkənin ekspert potensialının gücləndirilməsinə mühüm töhfə verəcək. Rektor vurğulayıb ki, universitetdə memarlıq, inşaat mühəndisliyi, materiallar mühəndisliyi, geomatika və geodeziya mühəndisliyi, həyat fəaliyyətinin təhlükəsizliyi mühəndisliyi, informasiya texnologiyaları və digər texniki istiqamətlər üzrə aparılan tədqiqatlar məhkəmə ekspertizası sahəsində yeni yanaşmaların formalaşmasına imkan yaradır. Məhkəmə Ekspertizası Mərkəzinin rəisi Elşən Albəndov çıxışında Prezident İlham Əliyevin 11 dekabr 2025-ci il tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında məhkəmə ekspertizası sahəsinin inkişafına dair 2026–2030-cu illər üçün Konsepsiya”nın qarşıya mühüm vəzifələr qoyduğunu bildirib. O qeyd edib ki, bu vəzifələrin uğurla icrası üçün ali təhsil müəssisələri ilə əməkdaşlığın genişləndirilməsi xüsusi əhəmiyyət kəsb edir. Elşən Albəndov vurğulayıb ki, məhkəmə ekspertizası fəaliyyətinin inkişafı yalnız hüquqi biliklərlə deyil, eyni zamanda tikinti, materialşünaslıq, informasiya texnologiyaları, təhlükəsizlik mühəndisliyi və digər texniki sahələr üzrə yüksək ixtisaslı mütəxəssislərin hazırlanması ilə sıx bağlıdır. Onun sözlərinə görə, AzMİU ilə qurulan əməkdaşlıq gələcək ekspertlərin hazırlanmasına, innovativ tədqiqatların aparılmasına və ekspertiza fəaliyyətinin elmi əsaslarının mö

📌 Kaynak

Bu haber XML kaynağından derlenmiştir. Tamamı için orijinal habere gidin.

Orijinal haberi oku →
📱
News AI World — Mobil uygulama
Bu haberleri 45 dilde, anlık çeviriyle cebinde. Erken erişim için Gmail adresini bırak.
← Tüm haberlere dön