Süni intellekt insan hüquqlarına əsaslanan etik çərçivədə inkişaf etdirilməlidir - Hadi Bin Əli Əl-Yami

📌 Diğer 📰 Azerbaijan 🕐 3 saat önce
Süni intellekt insan hüquqlarına əsaslanan etik çərçivədə inkişaf etdirilməlidir - Hadi Bin Əli Əl-Yami

Süni intellekt texnologiyalarının sürətli inkişafı bəşəriyyət üçün misilsiz imkanlar yaratsa da, bu proses insan hüquqlarının qorunmasına əsaslanan etik və hüquqi çərçivə daxilində həyata keçirilməlidir. Trend-in tədbirdəki müxbiri xəbər verir ki, bunu İslam Əməkdaşlıq Təşkilatının Müstəqil Daimi İnsan Hüquqları Komissiyasının İcraçı direktoru Hadi Bin Əli Əl-Yami “Süni İntellekt Dövründə İnsan Hüquqları: İmkanlar, Risklər və Məsuliyyətlər” mövzusunda keçirilən Ombudsmanların Beynəlxalq Bakı Sammitində deyib. O bildirib ki, süni intellekt müasir dövrdə innovasiya və inkişaf üçün böyük imkanlar açsa da, məxfiliyin qorunması, şəxsi məlumatların təhlükəsizliyi, ayrı-seçkiliyin qarşısının alınması və ifadə azadlığının təmin olunması kimi məsələlər yeni çağırışlar yaradır. “Bəşəriyyətin gələcəyini texnologiyanın özü deyil, ondan istifadəni istiqamətləndirən dəyərlər müəyyən edir. Süni intellekt xalqları və mədəniyyətləri yaxınlaşdıran vasitə olmalı, insan münasibətlərini əvəz etməməlidir”, - deyə o vurğulayıb. Hadi Bin Əli Əl-Yami qeyd edib ki, süni intellektə yalnız risk mənbəyi kimi yanaşmaq düzgün deyil. Bu texnologiyalar təhsil, səhiyyə, dövlət xidmətləri və biliklərə çıxış imkanlarının genişləndirilməsi baxımından mühüm potensiala malikdir. İcraçı direktor çıxışı zamanı Azərbaycanın rəqəmsal transformasiya istiqamətində əldə etdiyi nailiyyətləri də yüksək qiymətləndirib. O bildirib ki, ölkədə məhkəmə və ədliyyə sistemində müasir texnologiyaların tətbiqi, xidmətlərin rəqəmsallaşdırılması və innovativ həllərdən istifadə ədalət mühakiməsinin əlçatanlığını artırır, şəffaflığı və hüququn aliliyini gücləndirir. Onun sözlərinə görə, süni intellekt sahəsində etik və hüquqi idarəetmənin təmin olunması üçün şəffaflıq və hesabatlılıq prinsiplərinin tətbiqi, texnologiyalara bərabər çıxış imkanlarının yaradılması, insan hüquqlarına təsirlərin daimi monitorinqi və beynəlxalq əməkdaşlığın gücləndirilməsi vacibdir. Hadi Bin Əli Əl-Yami əlavə edib ki, milli insan hüquqları institutları süni intellekt sahəsində formalaşdırılan hüquqi çərçivələrin beynəlxalq insan hüquqları standartlarına uyğunluğunun təmin edilməsində mühüm rol oynamalıdır.

📌 Kaynak

Bu haber XML kaynağından derlenmiştir. Tamamı için orijinal habere gidin.

Orijinal haberi oku →
📱
News AI World — Mobil uygulama
Bu haberleri 45 dilde, anlık çeviriyle cebinde. Erken erişim için Gmail adresini bırak.
← Tüm haberlere dön