1992-ci ildən İİB Azərbaycan üçün 1,8 milyard dollar məbləğində maliyyələşdirməni təsdiqləyib - Əl-Casir
1992-ci ildən İslam İnkişaf Bankı (İİB) Qrupu Azərbaycan üçün ümumilikdə 1,8 milyard ABŞ dolları məbləğində maliyyələşdirməni təsdiqləyib.
Bunu İslam İnkişaf Bankı Qrupunun sədri Məhəmməd Süleyman Əl-Casir Bakıda İİB Qrupunun illik toplantılarının açılış mərasimində çıxışı zamanı bildirib.
O qeyd edib ki, qədim İpək yolundan bugünkü Orta Dəhlizə qədər Azərbaycan əsrlər boyu Şərqlə Qərbi, Şimalla Cənubu birləşdirərək öz coğrafi mövqeyini ümumi imkanlar mənbəyinə çevirib.
“Lakin Azərbaycanın tarixi təkcə qarşılıqlı bağlılıq tarixi deyil, həm də dayanıqlılıq və yenilənmə tarixidir. Biz işğaldan azad edilmiş Qarabağa səfər edən ilk çoxtərəfli inkişaf bankı olmaqdan qürur duyuruq. Bununla da Azərbaycanın bərpası və inkişafına sadiqliyimizi bir daha təsdiqləmişik.
Azərbaycanın 1992-ci ildə banka üzv olmasından bəri İslam İnkişaf Bankı Qrupu ilə əməkdaşlığımız fəal şəkildə inkişaf edib. İnfrastruktur, energetika, kənd təsərrüfatı və sosial xidmətlər sahələrində 84 layihənin həyata keçirilməsi üçün təxminən 1,8 milyard dollar məbləğində maliyyələşdirmə təsdiqlənib.
Bakı–Tbilisi–Qars dəmir yolu və Ələt Azad İqtisadi Zonası kimi layihələr sadəcə milli təşəbbüslər deyil. Bunlar illik toplantılarımızın mövzusunu — dayanıqlı rifah naminə regional inteqrasiyanı tam şəkildə əks etdirən regional ticarət arteriyalarıdır”, - deyə o bildirib.
Əl-Casir həmçinin qeyd edib ki, İİB Qrupunun regional inteqrasiyanın gücləndirilməsi və ümumi rifahın təmin olunması istiqamətində səyləri inflyasiya, münaqişələr və təchizat zəncirlərində fasilələrin təzyiqi altında olan qlobal mühit şəraitində həyata keçirilir.
“Dünya iqtisadiyyatının ümumi dayanıqlılığına baxmayaraq, proqnoz hələ də kövrək olaraq qalır. Bankın üzv ölkələrində artım tempinin dünya üzrə orta göstəriciləri və inkişaf etməkdə olan bazarların göstəricilərini üstələyəcəyi gözlənilsə də, ümumi nəticələr daha sərt reallığı gizlədir. Ən həssas iqtisadiyyatlar hələ də ciddi çətinliklərlə üzləşirlər.
Məhz bu şəraitdə İslam İnkişaf Bankı Qrupu öz fəaliyyətini gücləndirib. 2025-ci ildə təsdiqlənmiş maliyyələşdirmənin həcmi 20 faiz artaraq təxminən 16 milyard dollara çatıb, yaradıldığı vaxtdan bəri təsdiqlənmiş maliyyələşdirmənin ümumi həcmi isə 209 milyard dollar təşkil edib.
Lakin yalnız öhdəliklər kifayət deyil — təsir icradan asılıdır. Buna görə də biz layihələrin icrasını da gücləndirmişik. Faktiki ödənişlərin həcmi 2024-cü ildəki 9,2 milyard dollarla müqayisədə 11 milyard dollara çatdırılıb.
İslam İnkişaf Bankı çərçivəsində təsdiqlənmiş 5,7 milyard dollar maliyyələşdirmə prioritet sektorlara yönəldilib: 46 faizi
📌 Kaynak
Bu haber XML kaynağından derlenmiştir. Tamamı için orijinal habere gidin.
Orijinal haberi oku →