Moskva Dövlət Universitetinin Bakı filialı tələbə qəbulu elan edir

📌 Diğer 📰 Azerbaijan 🕐 2 saat önce
Moskva Dövlət Universitetinin Bakı filialı tələbə qəbulu elan edir

M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin Bakı Filialı (bundan sonra Filial) 2026/2027-ci tədris ili üçün bakalavr pilləsinə tələbə qəbulu aşağıdakı istiqamətlər üzrə qəbul elan edir.

Təhsil proqramı “Roman-german filologiyası” (ispan, fransız)

Bundan əvvəl Azərbaycan Respublikası (AR) büdcəsi hesabına bakalavr səviyyəsi üzrə ali təhsil almayan Azərbaycan vətəndaşları və Azərbaycan Respublikasında daimi yaşayan və əvvəllər Azərbaycan Respublikası büdcəsi hesabına bakalavr səviyyəsi üzrə ali təhsil almayan əcnəbilər üçün təhsil ödənişsizdir. Bu şəxslər yalnız dövlət sifarişi ilə ayrılmış yerlərə iddia edirlər, qəbul sınaqlarında topladıqları ballara və qəbul planına uyğun olaraq bu yerlər üçün ümumi müsabiqədə iştirak edirlər. MDU-nun Bakı filialının bakalavr pilləsinə daxil olmaq istəyən şəxslər Filialda keçiriləcək qəbul sınaqlarında iştirak etmək hüququ qazanmaq üçün Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən ali məktəblərin bakalavr pilləsinə qəbul imtahanlarının birinci cəhdində hər hansı bir ixtisas qrupu (I-IV) üzrə 250 və ya daha çox (400 mümkün baldan) bal toplamalıdırlar.

Bundan əvvəl Azərbaycan Respublikası büdcəsi hesabına ali təhsil almış Azərbaycan Respublikası vətəndaşları və əvvəllər Azərbaycan Respublikası büdcəsi hesabına ali təhsil almış Azərbaycan Respublikasında daimi yaşayan əcnəbilər, həmçinin vətəndaşlığı olmayan şəxslər və Azərbaycan Respublikasında daimi yaşamayan əcnəbilər üçün təhsil forması ödənişlidir. Bu şəxslər yalnız ödənişli yerlərə iddia edə bilərlər, onlar Filialın qəbul sınaqlarında topladıqları ballara və qəbul planına uyğun olaraq bu yerlər üçün ümumi müsabiqədə iştirak edirlər. Filialda onlarla mühasibə aparıldıqdan sonra DİM-in keçirdiyi imtahanında iştirak etmədən Filialın təşkil etdiyi qəbul sınaqlarına buraxılırlar.

Əvvəllər bakalavr pilləsində Azərbaycan Respublikası büdcəsi hesabına təhsil almış Azərbaycan vətəndaşları üçün illik təhsil haqqı 1750 AZN, Azərbaycan Respublikasında daimi yaşayan və əvvəllər bakalavr pilləsində Azərbaycan Respublikası büdcəsi hesabına təhsil almış əcnəbilər, həmçinin vətəndaşlığı olmayan və ya Azərbaycan Respublikasında daimi yaşayış icazəsi olmayan əcnəbilər üçün isə illik təhsil haqqı 1100 ş.v. (şərti vahid) təşkil edir.

DİM tərəfindən keçirilən imtahanlarda toplanan ballar qəbul sınaqlarında toplanan ballara əlavə edilmir, müsahibədən keçdikdən sonra bu yalnız Filialın keçirdiyi qəbul sınaqlarında iştirak hüququ verir və yekun nəticəyə təsir göstərmir.

Qəbulda iştirak edən bütün şəxslər qəbul sınaqlarında topladıqları ballar əsasında və qəbul planına uyğun olaraq ümu

📌 Kaynak

Bu haber XML kaynağından derlenmiştir. Tamamı için orijinal habere gidin.

Orijinal haberi oku →
📱
News AI World — Mobil uygulama
Bu haberleri 45 dilde, anlık çeviriyle cebinde. Erken erişim için Gmail adresini bırak.
← Tüm haberlere dön