Xaçmaz Rayon İcra Hakimiyyətinin başçısı Elnur Rzayev Gülalan kəndində vətəndaşlarla görüşüb (FOTO)

📌 Diğer 📰 Azerbaijan 🕐 4 saat önce
Xaçmaz Rayon İcra Hakimiyyətinin başçısı Elnur Rzayev Gülalan kəndində vətəndaşlarla görüşüb (FOTO)

Xaçmaz Rayon İcra Hakimiyyətinin başçısı Elnur Rzayev Gülalan kəndində növbəti səyyar qəbul keçirib. Görüşdə Xaçmaz rayon prokuroru Rəşad Məmmədov, Xaçmaz Rayon Polis Şöbəsinin rəisi Samir Məcidov, idarə və müəssisələrin rəhbərləri iştirak ediblər. Rayon rəhbərliyi əvvəlcə şəhid Fizuli Yarməmmədovun büstü önünə gül dəstələri düzərək, şəhidlərimizin əziz xatirəsini ehtiramla yad edib. Səyyar qəbulda Qaraçı İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyə daxil olan Gülalan, Qaraçı, Qaraqurtlu, Hacıqurbanoba, Çığatay, Çaxmaqlı, Laman və Qaraqaşlı kəndlərinin sakinləri iştirak ediblər. Daha sonra vətəndaşların müraciət və təklifləri dinlənilib. Sakinlər əvvəlki səyyar qəbullarda qaldırılan bəzi məsələlərin həlli istiqamətində görülmüş işlərə görə təşəkkürlərini bildiriblər. Həmçinin suvarma kanallarının təmizlənməsi, elektrik təsərrüfatının yenilənməsi və digər məsələlərlə bağlı müraciətlər səsləndirilib. Xaçmaz Rayon İcra Hakimiyyətinin başçısı Elnur Rzayev kənd sakinlərinin müraciət və təkliflərini diqqətlə dinləyərək, onları narahat edən problemlərin aradan qaldırılması istiqamətində aidiyyəti üzrə müvafiq tapşırıqlar verib. Bir sıra müraciətlər yerindəcə həllini tapıb.

📌 Kaynak

Bu haber XML kaynağından derlenmiştir. Tamamı için orijinal habere gidin.

Orijinal haberi oku →
📱
News AI World — Mobil uygulama
Bu haberleri 45 dilde, anlık çeviriyle cebinde. Erken erişim için Gmail adresini bırak.
← Tüm haberlere dön