Dəyişikliklər azyaşlılar üzərində valideyn nəzarətinin gücləndirilməsini nəzərdə tutur - Bahar Muradova
Qanun layihəsinə təklif olunan dəyişikliklər sosial şəbəkələrdə yaş məhdudiyyətinin tətbiqini, azyaşlılar üzərində valideyn nəzarətinin gücləndirilməsini və yaşla bağlı əldə edilən məlumatların qorunmasını nəzərdə tutur.
Trend-in tədbirdəki müxbiri xəbər verir ki, bunu Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova “Uşaqların zərərli informasiyadan qorunması və rəqəmsal mühitin təhlükəsizliyinin təmin edilməsi” mövzusunda ictimai dinləmədəki çıxışında bildirib.
Onun sözlərinə görə, bütün bunlar insanların sosial platformalarda özünüifadə azadlığını məhdudlaşdırmağa deyil, rəqəmsal mühitin daha təhlükəsiz və məsuliyyətli şəkildə tənzimlənməsinə xidmət edir.
"Azərbaycan dünyanın bir parçasıdır – həm real, həm də virtual mənada. Dünyada baş verən proseslər ölkəmizə də təsir göstərir. Bu proseslərin içində olmaqla yanaşı, onların düzgün idarə edilməsi də xüsusi əhəmiyyət daşıyır. Süni intellektin həyatımıza sürətlə daxil olması ilə rəqəmsal mühitin təhlükəsizliyi məsələsi daha da aktuallaşıb və bəzən real həyatda mövcud olan riskləri belə ön plana keçirib.
Bu yaxınlarda Milli Məclisdə qanuna dəyişikliklərin edilməsi təklif olunub və cəmiyyətin yanaşması da parlamentdə müzakirə olunan məsələlərlə üst-üstə düşür. Çünki texnologiyaların sürətli inkişafı həyatımıza yeni imkanlarla yanaşı, yeni çətinliklər və təhlükələr də gətirir.
Bu onlayn məkanda uşaqların əlindən tutaraq onlarla birlikdə addımlamalıyıq. Məsələ təkcə uşaqların müdafiəsi ilə məhdudlaşmır. Söhbət bütövlükdə cəmiyyətin və Azərbaycanın insan kapitalının inkişafından gedir.
Qarşıda duran çağırışlar qarşısında susmaq və gözləmək olmaz. Dünyada, o cümlədən yüksək texnologiyaların inkişaf etdiyi ölkələrdə də bu istiqamətdə ardıcıl addımlar atılır.
Azərbaycan da son illərdə bu sahədə fəal fəaliyyət göstərir. Söhbət hansısa platformaların bağlanmasından, məhdudlaşdırılmasından və ya qadağalardan getmir. Qanun layihəsinə təklif olunan dəyişikliklər sosial şəbəkələrdə yaş məhdudiyyətinin tətbiqini, azyaşlılar üzərində valideyn nəzarətinin gücləndirilməsini və yaşla bağlı əldə edilən məlumatların qorunmasını nəzərdə tutur.
Hesabatlılıq və şəffaflığı ortaya qoymayan platformalarla bağlı məhdudiyyətlər tətbiq ediləcək. Qanun qəbul edildikdən sonra elmi və akademik dairələr tərəfindən sosial platformaların uşaqların həyatına, cəmiyyətə təsirləri araşdırılıb, müəyyənləşdirilməlidir, - komitə sədri qeyd edib.
📌 Kaynak
Bu haber XML kaynağından derlenmiştir. Tamamı için orijinal habere gidin.
Orijinal haberi oku →