Azerbaijan and Russia Review Cooperation in International Organizations

📌 Diğer 📰 Azerbaijan 🕐 6 saat önce
Azerbaijan and Russia Review Cooperation in International Organizations

Milli Məclisdə Azərbaycan və Rusiyanın beynəlxalq parlament təşkilatları və digər beynəlxalq təşkilatlarda əməkdaşlıq məsələləri nəzərdən keçirilib. Bu barədə Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsi məlumat yayıb. Bildirilib ki, Milli Məclisin sədri Sahibə Qafarova Azərbaycan Respublikası Milli Məclisi və Rusiya Federasiyası Federal Məclisi Parlamentlərarası Əməkdaşlıq Komissiyasının 24-cü iclasında iştirak etmək məqsədilə ölkəmizdə səfərdə olan Rusiya Federasiyası Federal Məclisinin Federasiya Şurası sədrinin birinci müavini Andrey Yatskin ilə görüşüb. Görüşdə Əməkdaşlıq Komissiyasının parlamentlərimiz arasında əməkdaşlığın genişləndirilməsi və gündəlikdə olan bir sıra digər məsələlərin müzakirəsi baxımından əhəmiyyətli platforma olduğu vurğulanaraq, növbəti iclasın da uğurla keçdiyi və faydalı müzakirələrin baş tutduğu bildirilib. Söhbət zamanı iki ölkənin qanunvericilik orqanları arasında əlaqələrin uğurla inkişaf etdiyi diqqətə çatdırılıb. Qeyd olunub ki, parlament sədrləri və deputatlar arasında baş tutan görüşlər bu münasibətlərin daha da genişlənməsinə xidmət edir. Həmçinin beynəlxalq parlament təşkilatları, o cümlədən, Parlamentlərarası İttifaq, MDB Parlament Assambleyası və digər beynəlxalq təşkilatlarda əməkdaşlıq məsələləri nəzərdən keçirilib. Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında da fikir mübadiləsi aparılıb.

Discussions were held at the Milli Majlis (Parliament of Azerbaijan) regarding cooperation between Azerbaijan and Russia within international parliamentary and other international organizations. Speaker Sahiba Gafarova met with Andrey Yatskin, First Deputy Chairman of the Federation Council of the Federal Assembly of Russia, who was visiting Azerbaijan for the 24th meeting of the Inter-Parliamentary Cooperation Commission. Both sides highlighted the commission's importance for expanding parliamentary ties and noted the successful discussions at the recent meeting. They affirmed the successful development of relations between the legislative bodies and discussed cooperation within international organizations such as the Inter-Parliamentary Union and the CIS Parliamentary Assembly.

The dialogue between Azerbaijani and Russian parliamentary officials underscores the importance of bilateral cooperation in international forums and strengthening inter-parliamentary relations.

📌 Kaynak

Bu haber XML kaynağından derlenmiştir. Tamamı için orijinal habere gidin.

Orijinal haberi oku →
📱
News AI World — Mobil uygulama
Bu haberleri 45 dilde, anlık çeviriyle cebinde. Erken erişim için Gmail adresini bırak.
← Tüm haberlere dön