Azərbaycan ilə Rumıniya arasında qarşılıqlı investisiyaların təşviqi müzakirə olundu (FOTO)

📌 Diğer 📰 Azerbaijan 🕐 4 saat önce
Azərbaycan ilə Rumıniya arasında qarşılıqlı investisiyaların təşviqi müzakirə olundu (FOTO)

İqtisadiyyat naziri Mikayıl Cabbarov Rumıniya Prezidentinin xarici siyasət və milli təhlükəsizlik məsələləri üzrə müşaviri Marius Lazurka ilə görüşündə iki ölkə arasında iqtisadi və ticarət əməkdaşlığının əsas istiqamətləri, qarşılıqlı investisiyaların təşviqi müzakirə olunub. Bu barədə İqtisadiyyat Nazirliyinin mətbuat xidmətindən məlumat verilib Mətbuat xidmətindən məlumatında qeyd olunub ki, tərəflər enerji, tranzit və rəqəmsal infrastruktur sahələrində əməkdaşlığın genişləndirilməsinin əhəmiyyətini vurğulayıblar. "Qeyd olunub ki, bu istiqamətlərdə həyata keçirilən birgə layihələr ölkələr arasında strateji tərəfdaşlığın daha da möhkəmlənməsinə, regional əlaqələrin inkişafına və yeni iqtisadi imkanların formalaşmasına töhfə verir. Müzakirələr zamanı qlobal çağırışlar şəraitində qarşılıqlı faydalı işbirliyinin gücləndirilməsi və ortaq həllərin təşviqi məsələləri ətrafında da fikir mübadiləsi aparılıb", - deyə mətbuat xidməti qeyd edib.

📌 Kaynak

Bu haber XML kaynağından derlenmiştir. Tamamı için orijinal habere gidin.

Orijinal haberi oku →
📱
News AI World — Mobil uygulama
Bu haberleri 45 dilde, anlık çeviriyle cebinde. Erken erişim için Gmail adresini bırak.
← Tüm haberlere dön