Middle Corridor Needs Well-Prepared Projects for Investment Attraction, Says Ayumi Konishi

📌 Diğer 📰 Azerbaijan 🕐 3 saat önce
Middle Corridor Needs Well-Prepared Projects for Investment Attraction, Says Ayumi Konishi

Orta Dəhlizin inkişafı üçün maliyyələşdirmə özü əsas problem deyil, lakin daha böyük həcmdə investisiyaların cəlb edilməsi üçün keyfiyyətli hazırlanmış investisiya layihələri lazımdır. Trend-in tədbirdəki müxbiri xəbər verir ki, bunu İnkişafın Maliyyələşdirilməsi üzrə Çoxtərəfli Əməkdaşlıq Mərkəzinin (MCDF) baş icraçı direktorunun baş müşaviri Ayumi Konisi İslam İnkişaf Bankı Qrupunun 14-cü Özəl Sektor Forumu çərçivəsində bildirib. “Son beş il yarım ərzində MCDF infrastruktur nəqliyyat əlaqəliliyi sahəsində investisiyalarla bağlı biliklərin yayılması üçün 100-dən çox ölkədən 8,5 mindən çox insanın iştirakı ilə 43 tədbir təşkil edib. MCDF-nin maliyyə mexanizmi infrastruktur layihələrinin hazırlanmasına və bu sahədə potensialın artırılmasına dəstək məqsədi daşıyan etimad fondudur. Son beş ildə fond ümumilikdə 86,2 milyon dollar məbləğində 67 qrant ayırıb. Bu vəsaitlər 14,3 milyard dollar həcmində infrastruktur investisiyalarının cəlb olunmasına töhfə verməlidir”, — deyə o bildirib. A.Konisi vurğulayıb ki, MCDF birbaşa benefisiar ölkələrlə deyil, Asiya İnfrastruktur İnvestisiya Bankı (AIIB), İslam İnkişaf Bankı, Afrika İnkişaf Bankı, Beynəlxalq Kənd Təsərrüfatının İnkişafı Fondu və digər beynəlxalq maliyyə institutları vasitəsilə işləyir. Regiondakı layihələrdən danışarkən Konisi bildirib ki, Azərbaycanda Xəzər “yaşıl enerji dəhlizi” layihəsinin texniki-iqtisadi əsaslandırılması üçün 1,05 milyon dollar qrant ayrılıb. “Asiya İnkişaf Bankının töhfəsi ilə birlikdə bu, 2 milyon dollarlıq texniki-iqtisadi əsaslandırma tədqiqatıdır. İyunun sonunda Qazaxıstanda Darbaza–Maktaaral dəmir yolu xəttinin tikintisi layihəsi də təsdiqlənib. Bu xətt Qazaxıstanı Özbəkistanla, daha sonra isə Xəzər dənizi və Azərbaycan vasitəsilə Avropa ilə birləşdirir. MCDF əlavə olaraq layihənin ekoloji və sosial araşdırmalarını, eləcə də hüquqi dəstəyini maliyyələşdirir. Əsas mesaj ondan ibarətdir ki, maliyyələşdirmə problem deyil. Əsas çatışmazlıq, xüsusilə Orta Dəhlizə daha çox resurs cəlb etmək üçün, maliyyələşdirilməyə hazır layihə təkliflərinin olmaması ilə bağlıdır”, — deyə A.Konisi bildirib. O əlavə edib ki, çoxlu perspektivli ideyalar var, lakin investorlar yalnız tam hazırlanmış layihə təklifləri təqdim olunduqdan sonra onların potensialını qiymətləndirə bilirlər. “Biz ölkələrə və tərəfdaş institutlarımıza Orta Dəhlizin inkişafında kömək etməyə hazırıq”, — deyə A.Konisi bildirib

Ayumi Konishi, senior advisor to the MCDF Director General, stated that the primary challenge for developing the Middle Corridor is not funding itself, but the lack of high-quality investment projects ready for financing. The MCDF has organized over 43 events in the past five and a half years, involving more than 8,500 participants from over 100 countries, to disseminate knowledge on infrastructure investments. The MCDF's trust fund has allocated $86.2 million in grants over five years, aiming to attract $14.3 billion in infrastructure investments. Konishi highlighted that MCDF collaborates with international financial institutions like AIIB and ADB, not directly with beneficiary countries. She cited a $1.05 million grant for the technical-economic justification of the Caspian "green energy corridor" in Azerbaijan and the approval of the Darbaza–Maktaaral railway project in Kazakhstan, which connects the country to Uzbekistan and Europe via the Caspian Sea and Azerbaijan. The MCDF is also financing environmental, social, and legal support for this project.

This statement is significant as it identifies a critical bottleneck in developing the Middle Corridor, emphasizing the need for better project preparation to unlock substantial investment potential.

📌 Kaynak

Bu haber XML kaynağından derlenmiştir. Tamamı için orijinal habere gidin.

Orijinal haberi oku →
📱
News AI World — Mobil uygulama
Bu haberleri 45 dilde, anlık çeviriyle cebinde. Erken erişim için Gmail adresini bırak.
← Tüm haberlere dön