İnvestisiya Portalı: sahibkarları və investorları bir platformada birləşdirən dəstək aləti
İnvestisiya Portalı ilə bağlı sahibkarları və investorları maraqlandıran sualları KOBİA cavablandırdı. Kiçik və orta biznes (KOB) subyektlərinin maliyyə resurslarına çıxışının genişləndirilməsi və investisiya imkanlarının artırılması önəmlidir. Bu istiqamətdə KOB-lara dəstək məqsədilə müxtəlif platformlar və dəstək alətləri mövcuddur. Bunlardan biri də 2022-ci ildə Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) tərəfindən yaradılmış İnvestisiya Portalıdır (invest.smb.gov.az). Portal Azərbaycanda KOB-ların investisiya imkanlarını və maliyyə resurslarına çıxışını genişləndirmək məqsədilə yaradılıb. Portalın yaradılmasında məqsəd yerli biznes subyektləri ilə daxili və xarici investorlar arasında körpü yaradılmasıdır. İnvestisiya axtarışında olan və ya hazır bizneslərini satmaq istəyən biznes subyektləri öz layihələrini və biznes təkliflərini bu platforma vasitəsilə geniş investor auditoriyasına təqdim edə bilərlər. Bu platforma vəsaitlərini perspektivli layihələrə investisiya edərək yüksək gəlir əldə etmək istəyən həm fərdi, həm də institusional investorlar üçün fürsət yaradır. Belə ki, investorlar platformaya daxil olaraq maraqlarına uyğun layihələri rahatlıqla seçə bilir və beləliklə layihənin axtarışına sərf etdikləri vaxta qənaət etmiş olurlar. İnvestorlar portalda yerləşdirilmiş layihələrə yatırım etməklə həm də KOB-ların layihələrini dəstəkləyir, onların inkişafına, yeni məhsul və xidmətlərin yaranmasına dəstək göstərə bilərlər. Portal investorlara layihə sahibləri ilə birbaşa əlaqə yaratmaq və əlavə məlumat əldə etmək, eləcə də əməkdaşlıq imkanlarını müzakirə etmək imkanı yaradır. Portal xarici investorlara Azərbaycanın müxtəlif iqtisadi sahələrində həyata keçirilən biznes təşəbbüsləri ilə tanış olmaqla perspektivli layihələrə sərmayə yatırmaq fürsəti yaradır. İnvestisiya Portalının istifadəçi və layihə bazası genişlənir Portal Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olan bütün fəaliyyət istiqamətləri üzrə layihələrin yerləşdirilməsi üçün açıqdır. İndiyədək portala 173 layihə yerləşdirilib. Bu layihələrdən 147-si investisiyaların cəlb edilməsi, 4-ü investisiya təklifi, 22-si isə hazır biznesin satışı ilə bağlıdır. Sözügedən layihələr kənd təsərrüfatı, sənaye, xidmət, istehsal və digər istiqamətləri əhatə edir. Bu günədək 1300-dən çox sahibkar, investor və startap müvafiq layihələrlə tanış olmaq, layihəsini portalda yerləşdirmək üçün invest.smb.gov.az saytında qeydiyyatdan keçib. Son bir ildə portalı ziyarət edənlərin sayı 29000-ü ötüb. İnvestisiya Portalı startaplar üçün də yeni maliyyələşmə imkanları yaradır. İnnovativ biznes id
📌 Kaynak
Bu haber XML kaynağından derlenmiştir. Tamamı için orijinal habere gidin.
Orijinal haberi oku →