Türkiyə sığorta sahəsindəki təcrübəsini Azərbaycanla paylaşmağa hazırdır - Atilla Oksay (ÖZƏL)

📌 Diğer 📰 Azerbaijan 🕐 4 saat önce
Türkiyə sığorta sahəsindəki təcrübəsini Azərbaycanla paylaşmağa hazırdır - Atilla Oksay (ÖZƏL)

Sığorta sektoru qlobal texnoloji dəyişikliklərə uyğunlaşmalı, yeni risklərə və müştəri tələblərinə cavab verən məhsullar hazırlamalıdır. Bunu Türkiyə Sığorta Birliyinin Baş katibinin müavini Atilla Oksay Bakıda keçirilən XI Azərbaycan Beynəlxalq Sığorta Forumu çərçivəsində Trend-ə açıqlamasında deyib. O bildirib ki, süni intellekt, böyük məlumat bazaları (Big Data) və blokçeyn texnologiyalarının sürətli inkişafı sığorta sektorunun fəaliyyət prinsiplərinə də təsir göstərir. "Sığortaçılıq dünyada baş verən dəyişikliklərə uyğunlaşmaq məcburiyyətindədir. Bu gün süni intellekt, böyük məlumat bazaları və blokçeyn texnologiyaları həyatımızın bir hissəsinə çevrilib. Buna görə də biz həm iş prinsiplərimizi, həm də məhsullarımızı yenidən nəzərdən keçirməliyik. Məsələn, hazırda avtomobillər üçün nəqliyyat sığortası məhsulları mövcuddur, lakin gələcəkdə sürücüsüz nəqliyyat vasitələri geniş yayılacaq. Bu dəyişikliklərə uyğun yeni sığorta həlləri hazırlamaq vacibdir", - deyə o vurğulayıb. Atilla Oksayın sözlərinə görə, sığorta şirkətləri müştərilərin ehtiyaclarını daha yaxından öyrənməli və məhsullarını həmin tələblərə uyğun formalaşdırmalıdır. "Sığortalıları daha çox dinləməli, onların nə istədiyini və hansı ehtiyaclara malik olduğunu daha yaxşı anlamalıyıq. Məhsullarımızı da məhz bu tələblərə uyğun inkişaf etdirməliyik", - deyə o əlavə edib. Türkiyə nümayəndəsi qeyd edib ki, ölkəsinin sığorta sahəsində topladığı təcrübə Azərbaycan və digər türk dövlətləri üçün faydalı ola bilər. "Türkiyədə uzun illərdir uğurla tətbiq olunan bir sıra mexanizmlər mövcuddur. Məsələn, Doğal Afet Sığortaları Qurumu yaşayış evləri üçün zəlzələ sığortası təmin edir. Kənd Təsərrüfatı Sığortaları Sistemi çərçivəsində isə dövlət sığorta haqlarının bir hissəsini dəstəkləyir və bitkiçilik, heyvandarlıq, hətta balıqçılıq təsərrüfatları sığorta təminatı ilə əhatə olunur", - deyə o bildirib. O, həmçinin Türkiyədə fəaliyyət göstərən Sığorta Məlumat Mərkəzinin də region ölkələri üçün maraqlı təcrübə nümunəsi olduğunu vurğulayıb. "Türkiyədə bağlanan bütün sığorta müqavilələri və sığorta hadisələri ilə bağlı məlumatlar vahid bazada toplanır və sığorta şirkətlərinin istifadəsinə təqdim edilir. Bu modelin təcrübəsini də bölüşməyə hazırıq", - deyə Oksay qeyd edib. Baş katibin müavini bildirib ki, Türk Dünyası Sığorta Birliyinin yaradılması da bu istiqamətdə əməkdaşlığın genişlənməsinə xidmət edir. "Oktyabr ayında İstanbulda Türk Dünyası Sığorta Birliyinin zirvə görüşü keçiriləcək. Hesab edirəm ki, Avropa İttifaqında olduğu kimi, türk dövlətləri arasında da məhsulların inkişafı, təhsil proqraml

📌 Kaynak

Bu haber XML kaynağından derlenmiştir. Tamamı için orijinal habere gidin.

Orijinal haberi oku →
📱
News AI World — Mobil uygulama
Bu haberleri 45 dilde, anlık çeviriyle cebinde. Erken erişim için Gmail adresini bırak.
← Tüm haberlere dön