Prezident İlham Əliyev "Maliyyə icarəsi haqqında" qanunu təsdiqləyib

📌 Diğer 📰 Azerbaijan 🕐 3 saat önce
Prezident İlham Əliyev "Maliyyə icarəsi haqqında" qanunu təsdiqləyib

Prezident İlham Əliyev "Maliyyə icarəsi haqqında" Azərbaycan Respublikasının Qanununu təsdiqləyib. Qanunun mətni Azərbaycan Prezidentinin rəsmi internet saytında dərc edilib. Qanun maliyyə icarəsi fəaliyyətinin inkişafı, təşviqi və iqtisadi artımda rolunun gücləndirilməsi məqsədilə maliyyə icarəsi fəaliyyətinin hüquqi əsaslarını və bu sahədə tənzimləmə və nəzarətin hüquqi, təşkilati və iqtisadi əsaslarını müəyyən edir. Qanuna əsasən, maliyyə icarəsi haqqında qanunvericiliyin pozulmasına görə yeni cərimələr müəyyənləşdirilib. Belə ki, maliyyə icarəsi fəaliyyətini həyata keçirən şəxslər (banklar, xarici bankların yerli filialları və bank olmayan kredit təşkilatları istisna olmaqla) tərəfindən maliyyə icarəsi fəaliyyətinə "Maliyyə dair hesabatların icarəsi haqqında" qanuna uyğun olaraq Mərkəzi Banka təqdim edilməməsinə, yaxud düzgün təqdim edilməməsinə görə vəzifəli şəxslər 1000 manatdan 1 500 manatadək məbləğdə, hüquqi şəxslər 3000 manatdan 5000 manatadək məbləğdə cərimə ediləcək. Qanun qüvvəyə mindikdən 9 ay müddətində ölkədə lizinq fəaliyyətini həyata keçirən (o cümlədən hazırda lizinq fəaliyyətini normativ hüquqi aktlara müvafiq olaraq dayandırmış) şəxslər öz fəaliyyətini bu qanunun tələblərinə uyğunlaşdırmalı və müvafiq reyestrə daxil edilmək üçün Azərbaycan Mərkəzi Bankına müraciət etməlidirlər. Həmin müddətdə qanunun tələblərinə əməl etməyən şəxslər yeni maliyyə icarəsi müqavilələri bağlamamalı, mövcud lizinq müqavilələrinin müddətinin uzadılmasına yol verməməli və firma adında "maliyyə icarəsi", "maliyyə lizinqi", "lizinq" sözləri və ya bu sözlərdən ibarət söz birləşməsi olduğu halda, həmin sözlərin adından çıxarılması üçün normativ hüquqi aktlara uyğun olaraq tədbirlər görməlidirlər. Prezident İlham Əliyevin təsdiqlədiyi digər qanunla bir sıra qanunlar "Maliyyə icarəsi haqqında" qanuna uyğunlaşdırılıb.

📌 Kaynak

Bu haber XML kaynağından derlenmiştir. Tamamı için orijinal habere gidin.

Orijinal haberi oku →
📱
News AI World — Mobil uygulama
Bu haberleri 45 dilde, anlık çeviriyle cebinde. Erken erişim için Gmail adresini bırak.
← Tüm haberlere dön