Energetika naziri Ağdamda vətəndaşları qəbul edib (FOTO)

📌 Diğer 📰 Azerbaijan 🕐 3 saat önce
Energetika naziri Ağdamda vətəndaşları qəbul edib (FOTO)

Energetika naziri Pərviz Şahbazov Ağdam Muğam Mərkəzində vətəndaşları qəbul edib.

Bu barədə Energetika Nazirliyinin İctimaiyyətlə əlaqələr və informasiya təhlükəsizliyi şöbəsindən məlumat verilib.

Bildirilib ki, qəbulda vətəndaşların elektrik şəbəkəsinə qoşulma, kabelləşmə və elektrik verilişi xətlərinin mühafizə zonası, işlə təminat və digər məsələlərə dair müraciətləri dinlənilib. Qaldırılan məsələlərin mövcud qanunvericiliyə uyğun şəkildə araşdırılması və operativ həlli məqsədilə müvafiq tapşırıqlar verilib.

Nazirliyin aidiyyəti struktur bölmə rəhbərlərinin iştirakı ilə keçirilmiş qəbulda Bərdə, Ağdam, Tərtər rayonlarından olan vətəndaşlar iştirak edib.

📌 Kaynak

Bu haber XML kaynağından derlenmiştir. Tamamı için orijinal habere gidin.

Orijinal haberi oku →
📱
News AI World — Mobil uygulama
Bu haberleri 45 dilde, anlık çeviriyle cebinde. Erken erişim için Gmail adresini bırak.
← Tüm haberlere dön