İnvestAZ-dan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz

📌 Diğer 📰 Azerbaijan 🕐 2 saat önce
İnvestAZ-dan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz

İnvestAZ İnvestisiya Şirkəti tərəfindən aparılan həftəlik bazar araşdırmalarına görə ötən həftə ərzində Yaxın Şərqdə gərginlik nefti dəstəklədi, FED-in sərt monetar siyasət gözləntiləri isə qızıl üzərində təzyiq yaratdı. Dollar aylıq əsasda güclü trayektoriyasını qorudu, səhm bazarlarında isə ehtiyatlı əhval üstün oldu.

Həftənin əsas bazar mövzularından biri ABŞ-İran xəttində yenidən artan gərginlik oldu. Körfəzdəki zərbələr fonunda neft qiymətləri yüksəldi və Brent markalı neft fyuçersləri 73$-dək qalxdı. Bu dinamika OİLUK üçün yuxarı istiqamətli həssaslığı gücləndirdi, çünki təchizat və daşınma təhlükəsizliyi ilə bağlı risklər bazarda əlavə risk primi yaratdı.

Sərt monetar siyasət gözləntiləri qızılın yüksəlişini məhdudlaşdırdı

Geosiyasi risklər adətən qızıla dəstək versə də, bu həftə ABŞ-də faiz artımı gözləntiləri daha üstün təsir göstərdi. Bazarın 2026-cı il üzrə üç faiz artımını qiymətlərə daxil etməsi və ilk artımın sentyabrda baş verməsi ehtimalının təxminən 62% olması gəlir gətirməyən aktivlərə, o cümlədən XAUUSD-yə təzyiq yaratdı. Bu fondda qızıl bazarında təhlükəsizlik tələbi ilə pul siyasəti təzyiqi arasında balans daha çox ikinci amilin xeyrinə dəyişdi.

ABŞ dolları həftənin əvvəlində müəyyən zəifləmə göstərsə də, Körfəz regionundakı gərginlik və bu həftə dərc olunacaq əmək bazarı, xüsusilə də “NFP” öncəsi gözləntilər səbəbilə son bir ilə yaxın dövrün ən güclü aylıq artım trayektoriyasını qorudu. Bu mənzərə EURUSD və GBPUSD cütlüklərində dollar əleyhinə hərəkətlərin məhdud qala biləcəyinə işarə etdi. Yəni qısamüddətli dalğalanmaya baxmayaraq, dolların fundamental dayaqları güclü olaraq qalır.

Gümüşdə sərt düzəliş qiymətli metallar seqmentində risk iştahasının zəiflədiyini göstərdi. Qiymətli metallar qrupunda təzyiq təkcə qızılla məhdudlaşmadı. Gümüşün həftənin sonunda unsiya üzrə 57$-ın altına enməsi və həftəlik təxminən 14% itkiyə yönəlməsi investorların bu seqmentdə daha ehtiyatlı davrandığını göstərdi. Bu tendensiya XAUUSD üçün də vacib siqnaldır, çünki metal bazarında genişmiqyaslı satış meyli qızılın ayrıca güclü bərpa prosesini çətinləşdirə bilər.

Səhm bazarlarında ehtiyatlı əhval valyuta bazarına da ötürüldü

ABŞ-də əsas fond indekslərində riskdən yayınma əhvalı hiss olundu. SP500 indeksinin 26 iyun tarixində 7354 bəndə enərək 0.05% geriləməsi və bazar əhvalının İranın atəşkəsi pozması ilə bağlı ittihamlar fonunda ehtiyatlı qalması bunu təsdiqlədi. İngiltərədə isə “FTSE100” Avropa səhmlərində ümumi geriləmə, neft qiymətlərində geri çəkilmə və ABŞ texnologiya sektorundakı satışlarla paralel zəiflədi. Bu mühit GBPUSD üçün də xarici

📌 Kaynak

Bu haber XML kaynağından derlenmiştir. Tamamı için orijinal habere gidin.

Orijinal haberi oku →
📱
News AI World — Mobil uygulama
Bu haberleri 45 dilde, anlık çeviriyle cebinde. Erken erişim için Gmail adresini bırak.
← Tüm haberlere dön