Aslan Aslanovun “Heydər Əliyevin dövlətçilik və diplomatiya dərsləri” adlı kitabının təqdimat mərasimi keçirilir (FOTO)

📌 Diğer 📰 Azerbaijan 🕐 5 saat önce
Aslan Aslanovun “Heydər Əliyevin dövlətçilik və diplomatiya dərsləri” adlı kitabının təqdimat mərasimi keçirilir (FOTO)

Prezident Kitabxanasında ictimai xadim, Əməkdar mədəniyyət işçisi Aslan Aslanovun “Heydər Əliyevin dövlətçilik və diplomatiya dərsləri” adlı kitabının təqdimat mərasimi keçirilib. Trend-in tədbirdəki müxbiri xəbər verir ki, tədbirdə Prezident Kitabxanasının direktoru, professor Afət Abbasova giriş sözü ilə çıxış edib. Milli Məclis sədrinin müavini Rafael Hüseynov çıxışında bildirib ki, Ümummilli Lider Heydər Əliyev Azərbaycan tarixinin elə nadir şəxsiyyətlərindəndir ki, onun böyüklüyü və dövlətçilik irsi zaman keçdikcə daha aydın görünür. Onun sözlərinə görə, arxivlərdə üzə çıxan yeni sənədlər də Ulu Öndərin şəxsiyyətinin və fəaliyyətinin nə qədər çoxşaxəli olduğunu göstərir. Rafael Hüseynov qeyd edib ki, Ulu Öndər Heydər Əliyev haqqında yazmaq böyük məsuliyyət tələb edir və bu mövzuda qələm sahibi olmaq üçün həmin dövrün canlı şahidi olmaq lazımdır. O vurğulayıb ki, Aslan Aslanov Ulu Öndər Heydər Əliyev Azərbaycana qayıdışından sonra uzun illər onun ölkədaxili və xarici səfərlərində iştirak edib, dövlət quruculuğu prosesini yaxından izləyib. Millət vəkilinin sözlərinə görə, Heydər Əliyev sözün, mətbuatın və jurnalistikanın gücünü dərindən dərk edən dövlət xadimi idi. Məhz buna görə xarici səfərlərə mütləq Azərbaycan jurnalistlərini də aparır, onların tarixi prosesləri sənədləşdirməsinə xüsusi önəm verirdi. Rafael Hüseynov bildirib ki, kitabın adında yer alan “dərslər” ifadəsi təsadüfi seçilməyib. O qeyd edib ki, Heydər Əliyevlə keçirilən hər görüş, hər səfər iştirakçılar üçün əsl dövlətçilik məktəbi olub və müəllif həmin dərsləri gələcək nəsillərə çatdırmağı bacarıb. İctimai-siyasi xadim Əli Həsənov çıxışında bildirib ki, kitab təkcə tarixi hadisələrin xronologiyası deyil, həm də müəllifin həmin hadisələrə verdiyi analitik şərhlərlə diqqəti cəlb edir. O qeyd edib ki, Aslan Aslanovun sadəliyi və səmimiyyəti kitabın əsas üstünlüklərindən biridir. Əli Həsənov vurğulayıb ki, fəaliyyətinin 20 ilini Heydər Əliyevin, daha 20 ilini isə Prezident İlham Əliyevin rəhbərliyi altında keçirib və bu müddətdə hər iki liderin dövlətçilik məktəbinin şahidi olub. O bildirib ki, hər iki dövlət xadimi Azərbaycanın inkişafı və müstəqilliyinin möhkəmləndirilməsi istiqamətində misilsiz xidmətlər göstərib. Əli Həsənov qeyd edib ki, kitabda əksini tapan hadisələr müstəqil Azərbaycanın formalaşma dövrünün canlı salnaməsidir və gələcək nəsillər üçün mühüm tarixi mənbə kimi xüsusi əhəmiyyət daşıyır. Milli Məclisin deputatı, professor Səyyad Salahlı bildirib ki, Aslan Aslanovun kitabı Ümummilli Lider Heydər Əliyevin dövlətçilik fəaliyyətini və diplomatik irsini gələcək nəs

📌 Kaynak

Bu haber XML kaynağından derlenmiştir. Tamamı için orijinal habere gidin.

Orijinal haberi oku →
📱
News AI World — Mobil uygulama
Bu haberleri 45 dilde, anlık çeviriyle cebinde. Erken erişim için Gmail adresini bırak.
← Tüm haberlere dön