İriçaplı pulemyot heyətinin hazırlıq kursunun buraxılış mərasimi olub (FOTO)

📌 Diğer 📰 Azerbaijan 🕐 4 saat önce
İriçaplı pulemyot heyətinin hazırlıq kursunun buraxılış mərasimi olub (FOTO)

Cari ilin hazırlıq planına uyğun olaraq, Hərbi Hava Qüvvələrinin (HHQ) Təlim və Tədris Mərkəzində "İriçaplı pulemyot heyətinin hazırlıq kursu"nun 1-ci buraxılış mərasimi keçirilib. Müdafiə Nazirliyinin Mətbuat Xidmətindən verilən məlumata görə, əvvəlcə Ulu Öndər Heydər Əliyevin və Vətən uğrunda şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Dövlət Himni ifa olunub. Tədbirdə polkovnik Ceyhun Məmmədov məzunları buraxılış münasibətilə Müdafiə Nazirliyinin rəhbərliyi adından təbrik edib, onlara gələcək xidmətlərində uğurlar arzulayıb. Çıxışda Azərbaycan Ordusunda hərbi qulluqçuların peşəkarlıq səviyyəsinin yüksəldilməsi və döyüş qabiliyyətinin artırılmasında bu cür kursların əhəmiyyəti xüsusi vurğulanıb. Məzunlar isə öz növbələrində Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında Ordumuzun daha da qüdrətlənməsi üçün üzərilərinə düşən vəzifə borclarını layiqincə yerinə yetirəcəklərinə söz veriblər. Sonra kursu müvəffəqiyyətlə bitirənlərə sertifikatlar təqdim olunub.

📌 Kaynak

Bu haber XML kaynağından derlenmiştir. Tamamı için orijinal habere gidin.

Orijinal haberi oku →
📱
News AI World — Mobil uygulama
Bu haberleri 45 dilde, anlık çeviriyle cebinde. Erken erişim için Gmail adresini bırak.
← Tüm haberlere dön