Türkiyə F-35 üçün S-400-ü sata bilər
Ankara ABŞ-nin F-35 qırıcı təyyarələri proqramına qayıtmaq üçün Rusiyadan aldığı S-400 hava hücumundan müdafiə sistemlərini üçüncü bir ölkəyə sata bilər.
Xarici media yazır ki, F-35 qırıcı təyyarəsi məsələsində irəliləyiş Türkiyənin S-400 sistemləri ilə bağlı mövqeyindən asılıdır. Xüsusən də, S-400-lərin Rusiyaya qaytarılmasındansa, üçüncü bir ölkəyə satılması ilə bağlı razılaşmalar proqrama qayaıdışda həlledici ola bilər.
ABŞ Türkiyəni 2019-cu ildə müqavilə çərçivəsində Rusiyadan S-400 hava hücumundan müdafiə sistemləri aldıqdan sonra F-35 qırıcı təyyarələri proqramından çıxarıb.
Vaşinqton S-400-ün NATO sistemləri ilə uyğunsuz olduğunu qeyd edib, həmçinin S-400 və F-35 qırıcılarının birgə istifadəsi ilə Rusiyanın qırıcıların radar imzası və xüsusiyyətləri haqqında məlumatlara çıxış əldə edə biləcəyi ilə bağlı narahatlıqlarını bildirib.
📌 Kaynak
Bu haber XML kaynağından derlenmiştir. Tamamı için orijinal habere gidin.
Orijinal haberi oku →