Visa ticarətin gələcəyini formalaşdıran Süni İntellekt, Token və Steyblkoin həllərini təqdim edir (FOTO)

📌 Diğer 📰 Azerbaijan 🕐 4 saat önce
Visa ticarətin gələcəyini formalaşdıran Süni İntellekt, Token və Steyblkoin həllərini təqdim edir (FOTO)

Visa bu gün Mərkəzi və Şərqi Avropa, Yaxın Şərq və Afrika (CEMEA) regionundakı müştərilər üçün yeni nəsil ticarətin inkişafını dəstəkləyən süni intellekt, steyblkoin və token texnologiyaları üzrə yeni imkanlarını təqdim edib. İyulun 1-də Parisdə keçiriləcək Visa Payments Forum (VPF) ərəfəsində şirkət süni intellekt və steyblkoinin ticarətin və pul vəsaitlərinin hərəkətinin həm müştəriyə görünən (front-end), həm də infrastruktur (back-end) səviyyəsində necə transformasiya yaratdığını nümayiş etdirib. Visa, eyni zamanda, müştərilərinə bu yeni texnologiyaları təhlükəsiz şəkildə tətbiq etmək, genişləndirmək və etibarlı rəqəmsal xidmətlər yaratmaq üçün təqdim etdiyi həllər barədə məlumat verib. "Ticarət sürətlə yeni mərhələyə qədəm qoyur – o, daha ağıllı, proqramlaşdırıla bilən və gündəlik həyatın ayrılmaz hissəsinə çevrilir," – deyə Visa-nın CEMEA regionu üzrə prezidenti Tariq Mahmud bildirib. "Rəqəmsal iqtisadiyyatda fəaliyyət göstərən şirkətlər üçün yeni texnologiyalar böyük imkanlar yaradır. Bununla yanaşı, etimad, təhlükəsizlik və qarşılıqlı əlaqə hər zamankından daha böyük əhəmiyyət daşıyır. Visa olaraq məqsədimiz ödəniş ekosisteminin həm müştəriyə görünən, həm də infrastruktur səviyyəsində innovasiyaları etibarlı şəkildə dəstəkləyən texnologiyalar təqdim etmək, bununla da istehlakçılar və bizneslər üçün daha keyfiyyətli təcrübə yaratmaqdır." Visa bildirib ki, süni intellekt ödəniş əməliyyatlarının başladılması, təsdiqlənməsi və təhlükəsiz şəkildə həyata keçirilməsi prosesini sürətlə transformasiya edir. Eyni zamanda, bu texnologiya yeni ticarət həllərinin hazırlanmasını, inkişaf etdirilməsini və bazara çıxarılmasını daha səmərəli edir. Süni intellekt agentləri istehlakçılar və bizneslər adından daha çox əməliyyat həyata keçirdikcə, Visa-nın agent əsaslı ticarət platforması olan Visa Intelligent Commerce bu agentlərin ödəniş əməliyyatlarını təhlükəsiz şəkildə aşkar etməsi, başlatması və tamamlaması üçün tələb olunan etimad, təhlükəsizlik və nəzarət mexanizmlərini təmin edir. Bu ekosistemin etibarlı fəaliyyətini dəstəkləmək məqsədilə Visa agentlər tərəfindən başladılan əməliyyatların şəffaf və təhlükəsiz həyata keçirilməsi üçün bazar iştirakçıları ilə əməkdaşlıq edir. Bu təşəbbüslər çərçivəsində Visa New Generation şirkəti ilə birlikdə hazırladığı Agent Score həllini təqdim edib. Həll satıcılara veb-saytlarının agent əsaslı ticarətə hazırlıq səviyyəsini qiymətləndirməyə imkan verir. Buraya süni intellekt agentlərinin veb-saytda naviqasiya edə bilməsi, tapşırıqları düzgün başa düşməsi və əməliyyatları təhlükəsiz şəkildə yerinə yetirməsi daxildir. Visa

📌 Kaynak

Bu haber XML kaynağından derlenmiştir. Tamamı için orijinal habere gidin.

Orijinal haberi oku →
📱
News AI World — Mobil uygulama
Bu haberleri 45 dilde, anlık çeviriyle cebinde. Erken erişim için Gmail adresini bırak.
← Tüm haberlere dön