“Mənə heç nə olmaz” düşüncəsi baha başa gəlir

📌 Diğer 📰 Azerbaijan 🕐 2 saat önce
“Mənə heç nə olmaz” düşüncəsi baha başa gəlir

Bir hadisəni görəndə ilk olaraq zərər çəkənə yazığımız gəlir. Sonra isə hamımız fikirləşirik ki, “bu cür hadisələr mənim başıma gəlməz”. Elə bu, ən çox yol verdiyimiz səhvlərdən biridir. Leysan yağışlarının yağması, torpaq sürüşməsi, evləri subasması son aylarda baş verən hadisələr bunu açıq-aşkar göstərir.

Məsələn, Sabunçu rayonunda güclü yağışlar nəticəsində su altında qalan avtomobillərdən birinə 77 156 manat məbləğində zərər dəyib. PAŞA Sığorta da həmin zərəri tam ödəyib.

Təbiət hadisələri bununla da məhdudlaşmır. Yağışdan sonra baş verən torpaq sürüşmələri nəticəsində nəqliyyat vasitələrinin zədələnməsi halları qeydə alınıb. Təkcə Nərimanov rayonunda torpaq sürüşməsi nəticəsində 4 avtomobilə güclü zərər dəymişdir.

Sığorta hadisələrin ortaq cəhəti var: onların hamısı gözlənilmədən baş verir. Məhz buna görə riskləri inkar etmək yox, onlara hazır olmaq daha vacibdir. Çünki “mənə heç nə olmaz” düşüncəsi bəzən hadisənin özündən daha baha başa gəlir.

📌 Kaynak

Bu haber XML kaynağından derlenmiştir. Tamamı için orijinal habere gidin.

Orijinal haberi oku →
📱
News AI World — Mobil uygulama
Bu haberleri 45 dilde, anlık çeviriyle cebinde. Erken erişim için Gmail adresini bırak.
← Tüm haberlere dön