Ermənistan vətəndaşlarının şikayətləri üzrə apellyasiya məhkəməsi davam etdirilib (FOTO)

📌 Diğer 📰 Azerbaijan 🕐 2 saat önce
Ermənistan vətəndaşlarının şikayətləri üzrə apellyasiya məhkəməsi davam etdirilib (FOTO)

İyunun 30-da Bakı Apellyasiya Məhkəməsində Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü nəticəsində sülh və insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri, o cümlədən təcavüzkar müharibənin hazırlanması və aparılması, soyqırımı, müharibə qanunlarını və qaydalarını pozma, terrorçuluq, terrorçuluğu maliyyələşdirmə, hakimiyyəti zorla ələ keçirmə və digər çoxsaylı cinayətlərə görə Bakı Hərbi Məhkəməsi tərəfindən barələrində ittiham hökmü çıxarılmış Ermənistan Respublikası vətəndaşları Arayik Harutyunyan, Arkadi Qukasyan, Bako Sahakyan, Davit İşxanyan, David Babayan, Levon Mnatsakanyan və digərlərinin apellyasiya şikayətləri üzrə məhkəmə baxışı davam etdirilib. Bakı Apellyasiya Məhkəməsinin hakimləri Elmar Rəhimovun sədrliyi, Emin Mehdiyev və Mehriban Qarayevanın (ehtiyat hakim Əli Məmmədov) iştirakı ilə keçirilən məhkəmə iclasında barələrində cinayət işi üzrə apellyasiya icraatı aparılan şəxslərin hər biri bildikləri dillərdə - erməni və rus dillərində tərcüməçi, habelə müdafiələrinin təmin olunması məqsədilə vəkillərlə təmin edilib. Məhkəmə iclasında zərərçəkmiş şəxslərin nümayəndələri, dövlət ittihamını müdafiə edən prokurorlar - Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin şöbə rəisi Abbas Abbaslı, həmin idarənin şöbə prokurorları Anar Ələkbərov və Sevinc Qasımova iştirak ediblər. Əvvəlcə təqsirləndirilən şəxslər Madat Babayan və David Babayanın hər birinin hüquqlarını qoruyan iki vəkilindən birinin səhhətlərində yaranmış problemlərlə əlaqədar məhkəmə iclasında iştirak edə bilmədikləri qeyd olunub. Bu səbəbdən qanunvericiliyin tələblərinə uyğun olaraq onlara dövlət hesabına yeni müdafiəçilərin təyin edildiyi proses iştirakçılarının diqqətinə çatdırılıb. Ardınca yeni təyin olunmuş müdafiəçilər məhkəmə prosesi iştirakçılarına təqdim olunub. Təqsirləndirilən şəxslər müdafiəçilərinə iştirakına etiraz etmədiklərini bildiriblər. Daha sonra təqsirləndirilən Davit İşxanyan məhkəməyə müraciət edərək məhkəmə iclaslarının protokolları ilə tanış olduqdan sonra hazırladığı qeydləri təqdim etmək istədiyini bildirib. Məhkəmə kollegiyasının sədri iclas protokolları ilə tanış olmağın onun prosessual hüququ olduğunu qeyd edib. Davit İşxanyana izah olunub ki, protokollara dair qeydləri Azərbaycan dilində təqdim edilmədiyi üçün onların tərcümə olunduqdan sonra məhkəməyə təqdim edilməsi zəruridir. Bildirilib ki, qeydlər şifahi deyil, yazılı formada və Azərbaycan dilində təqdim olunmalıdır. Qeydlər tərcümə olunduqdan sonra məhkəmə prosesində çəkişmə zamanı bərabərliyin təmini üçün ittiham tərəfinə də təqdim edilməlidir. Davit İşxanyan qeydlərini

📌 Kaynak

Bu haber XML kaynağından derlenmiştir. Tamamı için orijinal habere gidin.

Orijinal haberi oku →
📱
News AI World — Mobil uygulama
Bu haberleri 45 dilde, anlık çeviriyle cebinde. Erken erişim için Gmail adresini bırak.
← Tüm haberlere dön