Məşhur rejissor dələduzluq ittihamı ilə həbs cəzasına məhkum edilib

📌 Diğer 📰 Azerbaijan 🕐 2 saat önce
Məşhur rejissor dələduzluq ittihamı ilə həbs cəzasına məhkum edilib

"47 Ronin" filminin rejissoru dələduzluqda ittiham olunaraq 2,5 il həbs cəzasına məhkum edilib.

Xarici media yazır ki, Manhetten Federal Rayon Məhkəməsi Hollivud rejissoru Karl Rinşi iki il yarım müddətinə azadlıqdan məhrum edib. O, dələduzluqda təqsirli bilinib və 11 milyon dolları ödəməli olacaq.

Karl Rinş 2013-cü ildə Keanu Rivzin baş rolda çəkildiyi "47 Ronin" filminin rejissorluğundan sonra geniş şöhrət qazanıb. 2018-ci ildə Netflix Rinş ilə "Fəth" fantastik serialının yaradılması üçün müqavilə imzalayıb. Bu serialın bəzi bölümləri artıq fərqli bir ad altında tamamlanmış və şirkət tərəfindən yaxşı qarşılanmışdı. Müqaviləyə əsasən, Netflix serial üçün 44 milyon dollar ödəməyə razı olub.

Qısa müddət sonra rejissor sağlamlıq problemləri ilə üzləşməyə və güclü dərmanlardan sui-istifadə etməyə başlayıb. Serial üzərində işlər dayandırılıb. 2020-ci ildə Rinş layihəni tamamlamaq üçün Netflix-dən daha 11 milyon dollar istəyib. Lakin istintaq üzə çıxarıb ki, o, bu vəsaiti fond bazarına, kriptovalyuta, altı bahalı avtomobil, saat və geyim almağa, eləcə də kredit kartı borcunu ödəməyə xərcləyib. O, Netflix-in ayırdığı məbləğin yarısını cəmi iki ay ərzində xərcləməyi bacarıb.

Rejissor 2025-ci ilin mart ayında həbs edilib və həmin ilin dekabr ayında yeddi maddənin hamısında təqsirli bilinib. Rinşin vəkilləri müvəkkillərinin ruhi sağlamlıq problemlərini vurğulayıblar.

📌 Kaynak

Bu haber XML kaynağından derlenmiştir. Tamamı için orijinal habere gidin.

Orijinal haberi oku →
📱
News AI World — Mobil uygulama
Bu haberleri 45 dilde, anlık çeviriyle cebinde. Erken erişim için Gmail adresini bırak.
← Tüm haberlere dön