Qida təhlükəsizliyi yalnız müəssisələrdə aparılan yoxlamalardan ibarət deyil - Qoşqar Təhməzli (MÜSAHİBƏ)

📌 Diğer 📰 Azerbaijan 🕐 3 saat önce
Qida təhlükəsizliyi yalnız müəssisələrdə aparılan yoxlamalardan ibarət deyil - Qoşqar Təhməzli (MÜSAHİBƏ)

Qida təhlükəsizliyi yalnız müəssisələrdə aparılan yoxlamalardan ibarət deyil. Təcrübə göstərir ki, qida təhlükəsizliyinin təxminən 80 faizi gigiyenik tənzimləmə ilə bağlıdır, cəmi 20 faizi isə sanitariya məsələlərini əhatə edir. Bunu Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin sədri Qoşqar Təhməzli Trend Beynəlxalq İnformasiya Agentliyinə və "Xəzər TV" televiziya kanalına birgə müsahibəsində deyib. Onun sözlərinə görə, sadəcə, həmin 20 faiz daha çox göz önündə olduğu üçün insanlar üçün daha maraqlı görünür. Sədr qeyd edib ki, heyvan yemlərində olan müəyyən maddələrin sonradan qida zənciri vasitəsilə insan orqanizminə, hətta ana südünə qədər təsir göstərə bilməsi "Vahid sağlamlıq" konsepsiyasının əsas prinsiplərindən biridir. AQTA-nın fəaliyyəti dövründə qida təhlükəsizliyi sahəsində görülən işlərdən danışan Qoşqar Təhməzli bildirib ki, Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi Dövlət Proqramından irəli gələn tədbirlərin 93 faizdən çoxunu icra edib. O vurğulayıb ki, həmin tədbirlər əsasən qanunvericilik sahəsində həyata keçirilən islahatları əhatə edir: "Qida təhlükəsizliyi üç əsas istiqaməti özündə birləşdirir. Bunlardan birincisi və ən vacibi insan sağlamlığının qorunmasıdır. İkinci mühüm istiqamət qida təhlükəsizliyi tələblərinin tətbiqi nəticəsində ərzaq təhlükəsizliyinin təmin edilməsidir. Üçüncü və ən vacib istiqamət isə qida məhsullarının keyfiyyət və təhlükəsizlik göstəricilərinin elə səviyyəyə çatdırılmasıdır ki, bu məhsulların ixrac potensialı yüksək olsun. Qida təhlükəsizliyi sahəsində 2019–2025-ci illəri əhatə edən Dövlət Proqramı qəbul olunub və həmin proqram 12 prioritet istiqamət üzrə tədbirləri özündə əks etdirir. Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi də bu tədbirlərin 93 faizdən çoxunun icrasını təmin edib. Həmin tədbirlər əsasən qanunvericilik sahəsində həyata keçirilən islahatları əhatə edir. Xüsusilə qeyd etmək istərdim ki, bu istiqamətdə ən mühüm addımlardan biri "Qida təhlükəsizliyi haqqında" qanunun qəbul olunmasıdır. Bu qanunun əsas özəlliyi ondan ibarətdir ki, o, yalnız insanların istehlak etdiyi qida məhsullarının deyil, eyni zamanda yem təhlükəsizliyinin də tənzimlənməsini özündə ehtiva edir. Bu isə bilavasitə heyvanların, balıqların və quşçuluq təsərrüfatlarında yetişdirilən quşların sağlamlığının təmin olunmasına xidmət edir. Nəticə etibarilə, bu yanaşma vahid sağlamlıq konsepsiyasının tərkib hissəsi kimi insan sağlamlığının qorunmasına da mühüm töhfə verir". Sədr bildirib ki, AQTA-nın fəaliyyəti dövrü ərzində əsas diqqət beynəlxalq standartlara uyğunluğun təmin edilməsinə, qeydiyyat, test və sertifikatlaşdırma sistemi

📌 Kaynak

Bu haber XML kaynağından derlenmiştir. Tamamı için orijinal habere gidin.

Orijinal haberi oku →
📱
News AI World — Mobil uygulama
Bu haberleri 45 dilde, anlık çeviriyle cebinde. Erken erişim için Gmail adresini bırak.
← Tüm haberlere dön