Musiqi sənəti üzrə qabiliyyət imtahanları başlayıb (FOTO)

📌 Diğer 📰 Azerbaijan 🕐 2 saat önce
Musiqi sənəti üzrə qabiliyyət imtahanları başlayıb (FOTO)

Musiqi sənəti istiqaməti üzrə qabiliyyət imtahanlarına start verilib.

Bildirilib ki, iyulun 1-də Bülbül adına Orta İxtisas Musiqi Məktəbində ali təhsil müəssisələrinin V ixtisas qrupuna aid musiqi sənəti istiqaməti üzrə qabiliyyət imtahanlarına start verilib.

Qabiliyyət imtahanlarının məzmunu, qiymətləndirmə meyarları və qəbul proqramları haqqında məlumatlar “Abituriyent” jurnalının 2026-cı ildə çap olunan xüsusi buraxılışlarında verilib.

İmtahana gələn abituriyentlər (subbakalavrlar) özləri ilə şəxsiyyət vəsiqəsinin əsli, “Qabiliyyət imtahanına buraxılış vərəqəsi ”, “Proqram forması”, musiqi aləti (fortepiano aləti istisna olmaqla) və ifa edəcəyi əsərlərin notlarını mütləq gətirməlidirlər.

İxtisas imtahanında abituriyent proqramı ifa etməli, ifaçılıq qabiliyyətini və səhnə mədəniyyətini nümayiş etdirməlidir. İmtahan proqramı konsertmeysterin müşayiəti ilə ifa edilməlidir. Abituriyentləri müşayiət edəcək konsertmeysterlər verilən linkə (https://eservices.dim.gov.az/wpfqab/) keçid edərək qeydiyyatdan keçməlidirlər.

Qabiliyyət imtahanlarının qrafiki haqqında məlumatla buradan tanış ola bilərsiniz.

Qeyd edilib ki, qrafik mütəmadi olaraq yenilənir və digər imtahanların tarixləri də müəyyən olduqca cədvələ əlavə ediləcək.

📌 Kaynak

Bu haber XML kaynağından derlenmiştir. Tamamı için orijinal habere gidin.

Orijinal haberi oku →
📱
News AI World — Mobil uygulama
Bu haberleri 45 dilde, anlık çeviriyle cebinde. Erken erişim için Gmail adresini bırak.
← Tüm haberlere dön