ABŞ və Britaniya arasında soyuq yellər əsir
ABŞ-nin vitse-prezidenti Cey Di Vens Britaniyada tələbə Henri Novakin qətli ətrafında yaranmış siyasi mübahisələrə münasibət bildirərək, faciənin “sivilizasiya tənəzzülünün” və “miqrantların kütləvi axınının” nəticəsi olduğunu bəyan edib. Trend xəbər verir ki, bu barədə o, rəsmi "X" səhifəsində yazıb. “Avropa elitaları özünə nifrətə və miqrantların kütləvi axınına yol verməsəydi, Novak sağ qala bilərdi", - deyə Cey Di Vens öz hesa Bu açıqlamalar Londonda kəskin reaksiyaya səbəb olub. Böyük Britaniyanın Baş naziri Kir Starmer Vensi ölkənin daxili işlərinə müdaxilə etməyə cəhd göstərməkdə və gərginliyi artırmaqda ittiham edib. Dauninq-stritdə vurğulanıb ki, mərhumun ailəsi faciədən siyasi spekulyasiyalar və qarşıdurmalar yaratmaq üçün istifadə edilməməsini xahiş edib. Hakimiyyət orqanları, həmçinin bəzi amerikalı rəsmilər tərəfindən dəstəklənmiş polis fəaliyyətində guya “iki səviyyəli sistemin” mövcudluğu barədə iddiaları rədd ediblər. Qeyd edək ki, 2025-ci ilin dekabrında qətlə yetirilmiş 18 yaşlı tələbə Henri Novakin həyatının son dəqiqələrini əks etdirən polis əməkdaşının bədən kamerasından əldə olunmuş görüntülərin yayımlanmasından sonra Britaniyada ictimai-siyasi böhran baş qaldırıb. Yaralı gəncin qandallı vəziyyətdə kömək istədiyini göstərən kadrlar ölkə üzrə geniş rezonans doğurub, etiraz aksiyalarına və siyasi ittihamlara səbəb olub. Baş nazir Starmer müstəqil araşdırmanın başladıldığını elan edib, hakimiyyət isə faciədən siyasi qarşıdurma məqsədilə istifadə olunmamasına çağırış edib.
📌 Kaynak
Bu özet Trend News (AZ) kaynağından otomatik derlenmiştir. Tamamı için orijinal habere gidin.
Orijinal haberi oku →