Kəlbəcərdə iki hərbçi dərəyə yıxılıb, biri həlak olub - RƏSMİ
Azərbaycan Ordusunun hərbi qulluqçusu Kəlbəcərdə həlak olub.
Bildirilib ki, Kəlbəcər rayonunun Ömər aşırımı ərazisində xidməti vəzifələrini yerinə yetirərkən Azərbaycan Ordusunun hərbi qulluqçuları Mənsimli Rəcəb Miriş oğlu və Osmanov İlyas Coşqun oğlu bölgənin qarlı və buzlu olması səbəbindən yıxılaraq dərəyə düşüblər.
Məlumata görə, müxtəlif bədən xəsarətləri alan Osmanov İlyas Coşqun oğluna dərhal ilk yardım göstərilib və o, yaxınlıqdakı tibb müəssisəsinə təxliyə olunub. Hərbi qulluqçunun vəziyyətinin stabil olduğu qeyd edilib.
Nazirlikdən bildirilib ki, aldığı xəsarətlər nəticəsində Mənsimli Rəcəb Miriş oğlunun həyatını xilas etmək mümkün olmayıb.
📌 Kaynak
Bu özet Trend News (AZ) kaynağından otomatik derlenmiştir. Tamamı için orijinal habere gidin.
Orijinal haberi oku →